Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Azərbaycana təşəkkür edib.
Modern.az xəbər verir ki, bu barədə səfir tviter səhifəsində yazıb.
"Ölkəmizdə yaşanan zəlzələ ilə bağlı ilk dəqiqədən etibarən həmrəylik göstərən və yanımızda olan qardaş Azərbaycana təşəkkür edirik", - deyə o qeyd edib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Ülkemizde yaşanan depremle ilgili olarak ilk dakikadan itibaren dayanışmasını gösteren ve yanımızda bulunan kardeş Azerbaycan’a teşekkür ediyoruz. ????
— Cahit Bağcı (@cahitbagci) February 6, 2023