Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri yumşaldılır.
Modern.az xəbər verir ki, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Azı 100.000 min manat dəyərində daşınmaz əmlak, banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 min manat məbləğində pul vəsaitinin qoyuluşu və nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olma cəmi 500.000 min manat məbləğindəki investisiya qoyuluşunun tərkibinə daxildir.