Modern.az

Həbs edilən baş həkimin yerinə TƏYİNAT

Həbs edilən baş həkimin yerinə TƏYİNAT

Aktual

10 Fevral 2023, 10:22

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB rəhbəri Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, tibb üzrə fəlsəfə doktoru Məmmədov İlqar İslam oğlu Xəstəxanaya baş həkim təyin olunub.

 

O, təyinata qədər həmin xəstəxananın anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, xəstəxananın bundan öncəki iki baş həkimi korrupsiya cinayəti ilə əlaqədar həbs olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı