Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə gedib.
Modern.az xəbər verir ki, nazir müavini Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin Kahramanmaraş şəhərində yerləşdiyi ərazidə olub.
E.Mirzəyev təbii fəlakət zamanı dağıntılar olan zonaya da baş çəkib.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in 725 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə cəlb edilib.