Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və təcili yardım koordinatoru Martin Qriffits ilə görüşdə zəlzələ bölgəsindəki durumu müzakirə edib.
Modern.az xəbər verir ki, bu barədə nazir tviter hesabında yazıb.
Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılmasında BMT-nin rolu barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.