Modern.az

“Azərbaycan yas tutur, kimsənin kefi yoxdur” - Hüseyn Altınalan

“Azərbaycan yas tutur, kimsənin kefi yoxdur” - Hüseyn Altınalan

Aktual

10 Fevral 2023, 14:00

“Azərbaycan da yas tutur. Kimsənin kefi yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınal tviter hesabında yazıb.

 

O bildirib ki, Azərbaycan ictimaiyyətin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir: “Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı