Modern.az

Rusiya səfiri Moldovada XİN-ə çağırıldı

Rusiya səfiri Moldovada XİN-ə çağırıldı

Aktual

10 Fevral 2023, 14:12

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb Rusiyanın Moldovanın hava məkanını pozmasıdır.

 

Qeyd edək ki, bu gün Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovanın hava məkanına daxil olub. Moldova Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Rusiyanın bu addımı qətiyyətlə pislənilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?