Modern.az

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 140 min manat yardım göndərdi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 140 min manat yardım göndərdi

Aktual

10 Fevral 2023, 13:32

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş şəxslərə dəstək məqsədilə 4 günə ümumilikdə 1 milyon 554 min 558 lirə (140 105 min manat) vəsait göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, "#SəninləyəmTürkiyəm" adlı yardım kampaniyası davam edir və vətəndaşlar yardım ianələrini aşağıdakı formalarda göndərə bilərlər.

 

Onlayn İANƏ: //yardim.et/az/donations/bank/online

 

SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.

 

Onlayn cüzdan: //hesab.az

 

Ödəmə terminalları: Milliön, eManat

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı