Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyəyə ianələrin hansı bank hesablarına edilməsini açıqlayıb.
Modern.az xəbər verir ki, diplomat bu barədə tviterdə yazıb.
“Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdə görülən işlərə dəstək olmaq istəyən vətəndaşlarımız aşağıdakı bank hesab nömrələri vasitəsilə ianə edə bilərlər”, - səfir yazıb.
Türkiyə Respublikasında zəlzələdən zərər çəkmiş vilayətlərdə görülən işlərə dəstək olmaq istəyən vətəndaşlarımız aşağıdakı bank hesap nömrələri vasitəsilə ianə edə bilərlər. pic.twitter.com/LMfx6Kp8pQ
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) February 10, 2023