Modern.az

Köçərli Həsənov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Köçərli Həsənov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Aktual

10 Fevral 2023, 15:08

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 fevral 2023-cü il tarixində Kürdəmir şəhərində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan  sakinləri qəbul edəcək.

 

Modern.az xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

 

Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı