Modern.az

AFFA iki klubu CƏRİMƏLƏDİ

AFFA iki klubu CƏRİMƏLƏDİ

Aktual

10 Fevral 2023, 15:34

“Sabah”ın ispaniyalı futbolçusu Con İrasabal və “Səbail”in kapitanı Rahid Əmirquliyevin cəzası müəyyənləşib.

Modern.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi Premyer Liqanın XXI turunda keçirilən “Sabah” – “Səbail” matçında qırmızı vərəqə alan hər iki futbolçunu 1 oyunluq diskvalifikasiya edib.

Paytaxt klubları oyunçularının kobudluğuna görə 200 manat cərimə ödəməli olacaqlar.

“Zirə” ilə görüşdə 4 oyunçusu sarı vərəqə alan “Qəbələ” isə 800 manat cərimələnib.

Qeyd edək ki, “Sabah” “Səbail”i 4:0 hesabı ilə məğlub edib, “Zirə” ilə “Qəbələ” qollu (2:2) heç-heçə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı