Modern.az

Polietilen torbaların ödənişli olması ondan istifadəni azaldacaq

Polietilen torbaların ödənişli olması ondan istifadəni azaldacaq

Aktual

10 Fevral 2023, 16:30

“Biz düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan istifadəni azaldacaq”.

 

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

 

Onun sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədən istifadə edilib. Polietilen torbaların ödənişli olması 2021-ci il iyulun 1-dən nəzərdə tutulmuşdu:

 

“Polietilen torbaların ödənişli olması ilə bağlı qərar bir müddət bundan əvvəl verilib. Qərara əsasən, 2021-ci il iyul ayının 1-dən polietilen torbaların ödənişli olması nəzərdə tutulsa da, təəssüf ki, bu günə kimi müvafiq qurumlar tərəfindən bu qərara riayət edilmir. Lakin biz düşünürük ki, tez bir zamanda buna başlanılacaq. Amma bunun nə zaman başlaması ilə bağlı məsələ ETSN-nin səlahiyyətində deyil”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı