Modern.az

Prezidentin nümayəndəsi Türkiyə konsulu ilə görüşdü

Prezidentin nümayəndəsi Türkiyə konsulu ilə görüşdü

Aktual

10 Fevral 2023, 16:44

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

 

Modern.az xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.

 

Görüşdə ölkələrimiz arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ikitərəfli münasibətlərdəki yeri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı