Modern.az

Balaxanıda şüşə tullantılarının qəbul məntəqəsi açılacaq

Balaxanıda şüşə tullantılarının qəbul məntəqəsi açılacaq

Aktual

10 Fevral 2023, 17:50

Bu yaxınlarda şüşə tullantılarının qəbul məntəqəsi istifadəyə veriləcək. İlk növbədə Balaxanıda tullantı poliqonunun yaxınlığında yaradılacaq məntəqədə qəbul həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib.

 

F.Mütəllimov bildirib ki, bundan sonra şəhərin bir neçə ərazisində, eyni zamanda, Xırdalan şəhərində də belə bir qəbul məntəqələrinin açılması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı