Modern.az

Yaxınlarının xəbər ala bilmədiyi 4 azərbaycanlıların yeri bilindi

Yaxınlarının xəbər ala bilmədiyi 4 azərbaycanlıların yeri bilindi

Aktual

10 Fevral 2023, 22:49

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, səfirlik əməkdaşları tərəfindən həmin Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?