Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Modern.az xəbər verir ki, Hatay şəhərinin Antakya rayonunda 110 saat dağıntılar altında qalan ana və körpəsi xilas edilib.
Dağıntıdan sağ çıxarılan hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə indiyədək zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb.