Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 36 mindən çox insan həyatını itirib, 110 minə yaxın şəxs yaralanıb. Dəhşətli hadisənin baş verməsindən 11 gün keçməsinə baxmayaraq, hələ də dağıntılar altında qalanlar, itkin düşənlər var.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyi Kahramanmaraş əsl fəlakət zonasını xatırladır. İki həftə öncəyə qədər normal həyatın yaşandığı vilayət indi tanınmaz vəziyyətdədir.
Modern.az Kahramanmaraşın zəlzələdən əvvəlki və indiki görüntülərini təqdim edir: