Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman fransalı həmkarı Ann Buayon ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Horleman özünün "Twitter" səhifəsində məlumat yayıb.
Səfirlər birlikdə Bakıdakı Fransa liseyində olub və tələbələrlə görüşüb. Diplomat qeyd edib ki, Almaniya və Fransa arasında imzalanan Yelisey müqaviləsi Azərbaycanla Ermənistan arasında sülh modeli kimi istifadə oluna bilər.