Modern.az

“Azərsu” mükafata layiq görüldü

“Azərsu” mükafata layiq görüldü

Aktual

27 Fevral 2023, 17:40

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə 2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları ərzində daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

 

Onlayn İctimai Nəzarət Platforması foto və video sübutu olan boru sızması, məişət tullantılarının idarə olunması, yol örtüyü, ağaclar, açıq lyuklar və digər bu kimi problemlərə dair müraciətləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə müraciətlərdə qeyd olunan problemlərin təxminən 70 faizdən çoxu həllini tapıb.

 

Rübün nəticələrinə görə 19 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. “Azərsu” ASC vətəndaşların müraciətlərini operativ şəkildə həll edən “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb.

 

Digər 5 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib. Bununla yanaşı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən keçirilən “Fəal vətəndaş-5” müsabiqəsinin qalibləri də təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı