İranda Təbriz Şəhər Şurasının sədr müavini Əli Bağban jurnalisti döyüb.
Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı görüntülər paylaşıb.
Kadrlarda məmurun ona yaxınlaşan jurnalisti qəfil vurduğu və çəkmək üçün kimdən icazə aldığını soruşduğu görünür. Zərərçəkən isə icazə aldığını deyərək, verdiyi suala cavab istəyir.