Modern.az

Ceyhun Bayramov səudiyyəli nazir müavini ilə görüşdü

Ceyhun Bayramov səudiyyəli nazir müavini ilə görüşdü

Aktual

28 Fevral 2023, 21:38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Abdulkərim Əl-Xureyci ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüşdə ölkələrimiz arasında tarixi və dini cəhətdən bir çox ortaq cəhətlərin olduğu vurğulanaraq Azərbaycanın bu əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

 

Diplomatik əlaqələrin qurulmasından ötən 30 il müddətdə iki ölkə arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyi qeyd olunaraq bu gün ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub. Bu xüsusda, ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək bu kimi təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı