Modern.az

Parlamentdən deputatlara “TikTok” qadağası

Parlamentdən deputatlara “TikTok” qadağası

Aktual

1 Mart 2023, 08:17

Danimarka parlamenti deputat və bütün əməkdaşları kibertəhlükəsizlik tədbiri kimi casusluq riskinin olduğunu əsas gətirərək, iş telefonlarında TikTok tətbiqini istifadə etməməyə çağırıb.

 

Modern.az xəbər verir ki, məclis 179 deputata xüsusi elektron ünvan göndərərərk, onları TikTok proqramından istifadə etməkdən çəkinməyə və telefonlarından proqramı silməyə çağırıb.

 

Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası məxfilik problemləri və kibertəhlükəsizlik səbəbilə işçilərin iş telefonlarında və biznes məlumatlarına çıxışı olan şəxsi smartfonlarında TikTok-dan istifadə etməyi müvəqqəti qadağan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!