Modern.az

40 kiloqrama yaxın narkotik ələ keçirildi

40 kiloqrama yaxın narkotik ələ keçirildi

Aktual

1 Mart 2023, 09:24

Polis əməkdaşlarının fevralın 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 37,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,1 kiloqramdan artıq heroin, 19,8 kiloqrama yaxın marixuana, 4,9 kiloqramdan çox həşiş qətranı, 4 kiloqrama yaxın metamfetamin, həmçinin 2800 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı