Modern.az

Laqeydlik vəhşi əməllərə gətirib çıxarır - Deputat

Laqeydlik vəhşi əməllərə gətirib çıxarır - Deputat

Aktual

3 Mart 2023, 13:36

“Dünya 30 illik işğalla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına necə yanaşdısa, 300 minlik Qərbi azərbaycanlının da hüquqlarına bu cür yanaşır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deputat Bəhruz Məhərrəmov bildirib.

 

“Bu yanaşma çox təhlükəlidir. 1948-ci il ümumdünya insan hüquqları bəyannaməsində açıq mətnlə ifadə olunub ki, hüquqlara laqeydlik və həqarət bəşəriyyətin vicdanını hiddətləndirən vəhşi əməllərə gətirib çıxarır. Çıxardımı? Sonrakı tarix hamımıza bəllidir, Xocalı, Qaradağlı, Meşəli, Ballıqaya, elə də iki il əvvəl Gəncəyə, Tərtərə, Bərdəyə raket hücumları göstərdi ki, bəli. Bilirsiniz ki, ixtisaslaşmış mexanizm kimi bu gün qaçqınların statusu haqqında 1951-ci il konvensiyası və bu sənədin 1967-cı il Əəavə protokolu qüvvədədir. Azərbaycan 1992-də ratifikasiya edib. Konvensiya nəyi tənzimləyir? - Kimlər qaçqın sayılır, sığınacaq verilən ölkədə hüquq və azadlıqları, konvensiyanın həyata keçirilməsinə dair müddəaları. Bu gün diqqət konvensiyanın həyata keçirilməsinə dair müddəalara cəlb olunmalıdır. Bilirsiniz ki, konvensiyada qaçqınların problemləri üzrə 3 istiqamət qoyulub, - beynəlxalq müdafiənin təmin olunması, könüllü repatriasiya, digər dövlətlərə assimilyasiya. Bu gün Qərbi Azərbaycan İcması beynəlxalq müdafiənin təmin olunması, könüllü repatriasiya təminatlarını gözləyir”, - deyə deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı