Modern.az

Şəhid ailəsi sayılan şəxslərin siyahısı genişləndirilir

Şəhid ailəsi sayılan şəxslərin siyahısı genişləndirilir

Aktual

3 Mart 2023, 14:15

Azərbaycanda şəhid ailəsi hesab edilə biləcək şəxslərin siyahısı genişləndirilə bilər.

 

Modern.az xəbər verir ki, bu təklif Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

 

Sənəddə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinin ikinci hissəsində şəhid ailəsinin üzvləri sırasına “əri (arvadı), valideynləri və övladları olmadıqda, qardaşları (bacıları)”, habelə “qəyyumu” sözlərinin əlavə edilməsi təklif olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-