Modern.az

Ukraynada minaların təmizlənməsi 70 il çəkəcək

Ukraynada minaların təmizlənməsi 70 il çəkəcək

Aktual

5 Mart 2023, 22:38

Ukraynanın müharibə apardığı əraziləri mina və partlayıcı maddələrdən tam təmizləmək üçün 70 il lazım olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

 

Sviridenkonun sözlərinə görə, bu iş üçün Ukraynaya xarici tərəfdaşların - maliyyə, texnoloji və təşkilati dəstək lazımdır.

 

O, həmçinin minatəmizləmə işlərini əlaqələndirmək üçün Ramşteyn formatının analoqunu - Ukraynaya yardım edən müxtəlif dövlətlərin müntəzəm görüşlərini yaratmaq lazım olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!