Latviya Prezidenti Eqils Levits Azərbaycana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Latviya Prezidentinin saytında məlumat yayılıb.
Bildirilir ki, 9-10 mart tarixlərində baş tutacaq səfər çərçivəsində Eqils Levits X Qlobal Bakı Forumunda iştirak edəcək. O, “Parçalanmış dünyada dayanıqlığın yaradılması, onun dünya sülhünə təsiri” mövzusunda çıxış edəcək.
Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.