Modern.az

Qardaşlığın necə olduğunu bir daha gördük – Türkiyəli deputat 

Qardaşlığın necə olduğunu bir daha gördük – Türkiyəli deputat 

Aktual

6 Mart 2023, 11:20

Martın 5-də səhər saatlarında erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi həyatını itirib. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qardaş ölkəyə başsağlığı verirəm.

 

Modern.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması Komissiyasının Sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Rəcəb Şəkər bildirib.

 

"Digər tərəfdən ötən ayın altısında Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi dəstəyə görə Türk xalqlarına təşəkkürmüzü bildiririk. Qardaş ölkənin nə olduğunu bir daha gördük. Azərbaycan əlindən gələn bütün dəstəyi göstərdi. Azərbaycanlı qardaşlarımıza təşəkkürümüzü bildiririk”, - deyə o bildirib.

 

Qeyd edək ki, Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı