Modern.az

Qurduqları tələyə özləri düşəcək – Ziyafət Əsgərov

Qurduqları tələyə özləri düşəcək – Ziyafət Əsgərov

Aktual

4 Aprel 2023, 11:48

"İran bildirir ki, biz heç vaxt imkan verə bilmərik ki, Cənubi Qafqazda sərhədlər dəyişsin. Amma biz soruşuruq ki, necə olur, 30 il ərzində Qarabağın işğalına səs çıxarmadınız”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında səsləndirib.

 

“Biz əksinə olaraq, son illər İran və Ermənistan arasında dostluğu görürük. Buradan bildiririk ki, Azərbaycana qarşı atılan belə addımlar öz nəticəsini verməyəcək. Ölkəmizə qarşı qurulan tələlər öz başlarında çatlayacaq”, - deyə komitə sədri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?