Milli Məclis Fransa Senatında martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş konfransla bağlı bəyanat hazırlayıb.
Modern.az xəbər verir ki, bəyanatı deputat Sevil Mikayılova səsləndirib.
Bəyanatda bildirilir: “Fransa Senatı növbəti dəfə martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar atıb. Fransanın bu addımı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinə zərbə vurur. Azərbaycanda yaşayan ermənilərin hüquqlarından narahat olan Fransa parlamentinə daxili işlərinə baxmağı tövsiyə edirik. Azərbaycanın daxili işlərinə qarışan Fransanın öz qanunlarına hörmətlə yanaşmağını bildiririk. Fransa parlamentarilərinin bu mövqe ilə Cənubi Qafqaza qarşı ikili mövqe sərgilədiyini görürük. Biz son dəfə Fransanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə töhfə verməyə səsləyirik".
***
11:50
Milli Məclis Fransa Senatında Azərbaycana qarşı qəbul edilən qərarlarla bağlı bəyanat layihəsi hazırlayacaq.
Modern.az xəbər verir ki, layihənin hazırlanması üçün yaradılacaq komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.
Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasınlar.