Modern.az

Bu cür alçaq hücumlarla bizi qorxutmaq mümkün deyil

Bu cür alçaq hücumlarla bizi qorxutmaq mümkün deyil

Aktual

4 Aprel 2023, 13:07

Fazil Mustafaya qarşı terror aktı törədənlərin məqsədi haqqında əvvəl də yazmışdıq. Bu, cəmiyyətdə qorxu, inamsızlıq və xaos yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq, deputatları, ictimai və siyasi xadimləri susdurmaq və milli maraqlarımızı açıq müdafiə etməkdən çəkindirmək, reallıqda təsir göstərə bilmədiyi dövlətimizə terror yolu ilə təsir etməkdən ibarət idi. Ancaq bunların heç biri baş vermədi, çünki bu cür alçaq hücumlarla nə dövlətimizi, nə xalqımızı, nə də biz deputatları qorxutmaq mümkün deyil.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

 

Onun fikirlərinə görə, bu çirkin terror aktını sifariş edənlər hələ də anlamırlar ki, 44 günlük Vətən müharibəsini Zəfərlə başa çatdıran, dünyaya əsl güc və birlik nümayiş elətdirən Azərbaycan xalqı və dövləti bu kimi xain planların və təxribatların qarşısını almağa qadirdir.

 

Bu baxımdan, təqdirəlayiq haldır ki, çox vaxt keçmədən DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fazil Mustafaya qarşı silahlı hücumda şübhəli bilinən 6 nəfər artıq saxlanılıb. Bu, çox böyük uğurdur.

 

"Hadisə baş verəndən dərhal sonra Prezident İlham Əliyevin xain terror aktını sifariş və icra edənlərin tezliklə müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması haqqında hüquq-mühafizə orqanlarına göstəriş verməsi və vəziyyəti şəxsən nəzarətə götürməsi öz bəhrəsini verdi.

 

Terrorçuların müəyyənləşdirilərək istintaqa cəlb olunması dövlətimizin gücünü və qüdrətini bir daha nümayiş etdirdi və hüquq mühafizə orqanlarına inam və etimadı daha da gücləndirdi.

 

İlkin məlumatlardan bəlli olur ki, cəmiyyətin də düşündüyü kimi, bu terrorun da arxasında, yenə İran rejimi və onun təhlükəsizlik orqanları durur.

 

Belə ki, saxlanılan şəxslərin İranla bağlılığı, dəfələrlə bu ölkədə olmaları, sosial şəbəkələrdə İran rejimini açıq və radikal şəkildə təbliğ etmələri Fazil Mustafaya qarşı törədilən cinayətin sifarişinin İrandan gəldiyini deməyə ciddi əsaslar yaradır.

 

Əminəm ki, istintaq cinayətin bütün detallarını, o cümlədən terroru sifariş edənlərin əhatə dairəsini tam çılpaqlığı ilə müəyyən edəcək və bu şəxslər ən ağır şəkildə cəzalandırılacaqlar", - deyə A.Quliyev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı