Modern.az

Baş Prokurorluqda yeni təyinatlar

Baş Prokurorluqda yeni təyinatlar

Aktual

4 Aprel 2023, 16:12

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yenidən təşkil olunub.

 

Modern.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb.

 

Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub.

 

Bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

 

Bundan başqa Baş prokurorun digər müvafiq əmrilə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini - Statistika şöbəsinin rəisi vəzifəsinə Hümbətov Elnur Akif oğlu təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinə Paşinyandan bir