Modern.az

Siyəzən sakinləri "Açıq mikrofon" qarşısında

Siyəzən sakinləri

Aktual

4 Aprel 2023, 17:20

"Növbəti dəfə "Açıq mikrofon" aksiyasına üz tutaraq yaşadığımız Siyəzən rayonunun Yenikənd kəndində yerləşən yeni yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsini sizdən xahiş edirəm".

 

Modern.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Siyəzən sakini Teyfur Məmmədov çıxışı zamanı səsləndirib.

 

Məlumata görə, İlham Aslanovun da müraciəti bu yöndə, yəni yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub.

 

"Açıq mikrofon" aksiyasına sakinlərlə yanaşı, sahibkarlar da üz tutublar. Sahibkarlıq subyekti Kənan Şıxəliyev yenidən fəaliyyətə başlayan zavodda istehlak olunan təbii qaza görə debitor borcun ödənilməsi üçün güzəşt olunmasını xahiş edib. Çörək istehsalı ilə məşğul olan Nəriman Əzizov qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Görüş zamanı həm sakinlərin, həm də sahibkarların müraciətləri "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı