Modern.az

Həkimlərimiz Xankəndidə, Prezident Tacikistanda... - Modern.az-ın icmalı

Həkimlərimiz Xankəndidə, Prezident Tacikistanda... - Modern.az-ın icmalı

Aktual

6 Aprel 2023, 09:32

Aprelin 5-də Prezident İlham Əliyevin Tacikistana səfəri, Azərbaycan həkimlərinin Xankəndiyə getməsi, Psixiatriya Xəstəxanasının baş həkiminin işdən çıxarılması və digər mövzular gündəmdə olub.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Dünən Prezident İlham Əliyev Tacikistana səfər edib və bu ölkənin dövlət başçısı Emoməli Rəhmon ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında İlham Əliyev deyib ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir: "Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı".

 

Rəhmon isə qeyd edib ki, diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər: “Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik”,

 

Ötən gecə Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə operativ şəkildə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili gəlib. İxtisaslaşmış həkim heyəti xəstəyə yerində ilk tibbi yardım göstərib. Daha sonra erməni əsilli qadın öz istəyinə əsasən təcili tibbi yardım avtomobili ilə azərbaycanlı həkimlərin müşayiəti altında Xankəndi şəhərinə aparılıb.

 

Dünən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad edilib. A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılıb. Onu da bildirək ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

 

Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin yeni sədri İnam Kərimovu kollektivə təqdim edib. O, and içərək vəzifəsinin icrasına başlayıb.

 

Ötən gün Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, hadisə zamanı biri azyaşlı olmaqla 3 nəfər həlak olub.

 

Aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfər edib. Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı Volodimir Zelenskiyə Polşanın ən yüksək mükafatını təqdim edib.

 

Qəzza zolağından İsrail ərazisinə 9 raket atılıb. Raketlərdən dördü "Dəmir günbəz" hava hücumlarından müdafiə sistemi tərəfindən məhv edilib, qalanı Qəzzaya bitişik açıq ərazilərə düşüb. İsrail Müdafiə Qüvvələri buna cavab olaraq fələstinlilərin HƏMAS qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Türkiyədə tanınmış aktyor siyasətə atıldı - Bu partiyaya üzv oldu

Türkiyədən sonra Azərbaycanın da “KızılElma”sı olacaq

Ərdoğan və Əliyevin sürdüyü “Togg” haqqında nələr bilirik? - ARAŞDIRMA

Ali Məhkəmədə nələr dəyişməlidir - İnam Kərimovdan gözləntilər

İranda hicabsız qadınlar metroya BURAXILMADI

Bu qurum fəaliyyətini dayandırdı, 150 gənc işsiz qaldı - EKSKLÜZİV

Süni intellekt Azərbaycanda kimləri işsiz qoyacaq…

Salyanda 8-ci sinif şagirdi intihar edib - FOTO

Azərbaycanda Rusiya ordusuna qoşulmağa çağıran bukletlər PAYLANILIR?

Keçmiş sevgilisinə toy hədiyyəsi kimi bomba göndərdi, bəy öldü

Ermənilər yaxşı bilir ki, Azərbaycan onların yanındadır – Xankəndi sakini

Suriyalı qaçqın Almaniyada bələdiyyə sədri seçildi - İLK DƏFƏ

Nərimanov özü də etiraf etmişdi ki… - O heykəl bizə lazımdır?

Belində bıçaq, əlində təsbeh - İndiki məktəblilər özlərini “vor zakon” kimi aparır

Azərbaycan İsraildən yeni silahlar alacaq: PUA-lar, raketlər...

43 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

“Düşünmürəm ki, Hacı Şahin terrorun qurbanı olub” - Siyavuş Novruzov

İran parlamentindən Azərbaycana TƏHDİD

“Nazirə müraciət etdim ki, məni işdən çıxarsın” - Baş həkim

Bağçaya hücum edildi - 4 uşaq öldürüldü

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir