Modern.az

“Gərək hər məhkəmənin qabağında 100 deputat dayansın” – Siyavuş Novruzov

“Gərək hər məhkəmənin qabağında 100 deputat dayansın” – Siyavuş Novruzov

Aktual

7 Aprel 2023, 12:32

“Yalan informasiyalara qarşı qanunla mübarizə aparmalıyıq. Mətbuata baxanda görürsən ki, sənin haqqında nə qədər yalan informasiya yayılır. Belə olan halda hər adamı məhkəməyə verməyə qalxsaq, gərək, hər məhkəmənin qabağında 100 deputat dayansın”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov səsləndirib.

 

“Yalan informasiyalarla gündəlik olaraq qarşı-qarşıyayıq. Son vaxtlar Azərbaycana qarşı İranın “Səhər” kanalında təxribatçı çıxışlar edilir. Belələri ermənilərdən betər od tutub yanır. Mətbuatda qeyd edirlər ki, bu qədər şəhidimiz olub. Bunların hamısı yalandır. Gündə demək olar ki, xaricdən maliyyələşən kanallar yaranır. Onlar da ağızlarına gələn məlumatı yalan olaraq yayırlar. Ona görə də belə informasiyaların qarşısını almalıyıq”, - deyə deputat bildirib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?