Modern.az

Qiymətlər artmayacaq - Nazir söz verdi

Qiymətlər artmayacaq - Nazir söz verdi

Aktual

7 Aprel 2023, 16:21

“Milli Məclisdə deputatlar tərəfindən “Elektroenergetika haqqında” qanunun müzakirəsi zamanı narazılıqlar olub. Qeyd edim ki, qanunun qəbulu qiymətlərin artması demək deyil”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında iştirak edən energetika naziri Pərviz Şahbazov bildirib.

 

“Bu qanunun qəbulu ilə tariflər tənzimlənəcək. Eyni zamanda qiymətlərin artması hələ nəzərdə tutulmur. Qanun bazarda rəqabət mühitinin yaranması üçündür. Bazar modeli tam fəaliyyətə başladıqdan sonra ötürmə və paylama dövlət inhisarında qaldığından bu da tənmizlənəcək. Rəqabət mühiti ilə bazarda ucuz qiymət təklif edən istehsalçıların üstün mövqedə olması topdansatış və pərakəndə satış qiymətlərinin artımına imkan verməyəcək", - deyə nazir çıxışında vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?