Modern.az

Barmaqların qırışması nədən xəbər verir?

Barmaqların qırışması nədən xəbər verir?

Aktual

13 Aprel 2023, 11:18

Uzun müddət suda qaldıqdan sonra əl və ayaq barmaqlarımızda dəri qırışlarının əmələ gəlməsi on illərdir ki, alimləri düşündürür.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə müxtəlif versiyalar irəli sürülsə də, hələlik bu halın dəqiq səbəbi barədə yekdil bir fikrə gəlinməyib.

 

Lakin bu fenomen həkimlərə bəzi xəstəlikləri müəyyən etməyə imkan verir. Güman edilir ki, suda barmaqların qırışmasına sinir sistemi cavabdehdir. Bu baxımdan, əllərin suya salınması qan dövranını idarə edən sinirlərin ilkin yoxlanış üsulu ola bilər. Digər tərəfdən, barmaqların ucunda qırışların əmələ gəlməsi insan bədənində qan dövranının pozulduğundan da xəbər verə bilər.

 

Məsələn, pullu dəmrov və vitiliqo kimi dəri xəstəlikləri olan insanlarda qırışların əmələ gəlməsi daha uzun çəkir. Kistik fibroz xəstələrində əllərin və barmaqların həddindən artıq qırışması müşahidə olunur. İkinci tipli şəkərli diabet xəstələrində əllərin suya salınmasından sonra barmaqların dərisi nəzərəçarpacaq dərəcədə az qırışır. Ürək çatışmazlığı keçirmiş insanlarda da oxşar hal müşahidə olunub.

 

Asimmetrik barmaq qırışması - bir əl digərindən daha az qırışdıqda - Parkinson xəstəliyinin erkən əlaməti ola bilər. İnsanın bioloji bir növ kimi təkamülü baxımından isə, suyun yaratdığı qırışlar barmaqlarla cisim arasındakı sürtünmə gücünü artıraraq insanlara sürüşkən qayaların üzərində daha yaxşı hərəkət etmək imkanı verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?