Modern.az

Qazinin ölümünə görə vəzifəli şəxslərə cinayət işi AÇILDI

Qazinin ölümünə görə vəzifəli şəxslərə cinayət işi AÇILDI

Aktual

13 Aprel 2023, 13:20

Prokurorluq məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı məlumat yayıb.

 

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

 

Qeyd edək ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluqda təqsirli bilinərək, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, fevralın əvvəlində Salyan rayonunda 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib, 28 fevral tarixində orada dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?