Modern.az

ABŞ-da hərbi pilotların hazırlanması müzakirə edilib - YENİLƏNİB

ABŞ-da hərbi pilotların hazırlanması müzakirə edilib - YENİLƏNİB

Aktual

13 Aprel 2023, 16:20

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşüb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahimin də iştirak etdiyi görüşdə "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi, hərbi pilotların hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

***

16:21

ABŞ-ın Milli Qvardiya Bürosunun rəhbərinin müavini general-leytenant Mark Sassevil Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycandakı ABŞ səfirliyi məlumat yayıb.

 

"Görüş Pentaqonda keçirilib. Yüksək rütbəli liderlər Dövlət Tərəfdaşlıq Proqramı və ikitərəfli əlaqələrimizi müzakirə ediblər", - açıqlamada deyilir.

 

Qeyd edək ki, R.Tahirov ABŞ-da səfərdədir. O, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?