Modern.az

ABŞ-dan hərbçimizə işgəncə verilməsinə REAKSİYA: Narahatıq…

ABŞ-dan hərbçimizə işgəncə verilməsinə REAKSİYA: Narahatıq…

Aktual

14 Aprel 2023, 10:50

ABŞ Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə narahatdır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycanda səfirliyi məlumat yayıb.

 

"Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq",- deyə səfirlikdən bildirilib.

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?