Modern.az

İsrail XİN başçısı sabah Bakıya GƏLİR

İsrail XİN başçısı sabah Bakıya GƏLİR

Aktual

17 Aprel 2023, 14:40

İsrailin xarici işlər naziri Eli Kohen sabah Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, XİN başçısı sabah Bakıya yola düşəcək.

 

O, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 

Qeyd edək ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!