Modern.az

Ermənistan Azərbaycana məlumat ötüb - RƏSMİ

Ermənistan Azərbaycana məlumat ötüb - RƏSMİ

Aktual

2 May 2023, 23:41

Ermənistan Azərbaycana İrəvan-Qafan sınaq reysi barədə əvvəlcədən məlumat verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

 

"Müəyyən edilmiş qaydada aprelin 25-də həyata keçirilən reys barədə məlumat stasionar teleqraf rabitəsi ilə Azərbaycanın hava hərəkəti xidmətinə ötürülüb", - rəsmi açıqlamada deyilir.

 

Qeyd edək ki, Ermənistana məxsus L 410 mülki təyyarəsi Qafan hava limanında texniki uçuşlar həyata keçirib. İrəvanın Zvartnots hava limanından gələn təyyarə Qafan hava limanına enib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?