Modern.az

Rusiyada azərbaycanlı biznesmen öldürüldü

Rusiyada azərbaycanlı biznesmen öldürüldü

Aktual

25 İyul 2013, 13:03

Modern.az xəbər verir ki, dünən axşam Rusiya Federasiyasının Vladivostok şəhərində azərbaycanlı biznesmen Telman Məmmədov öldürülüb. Hadisə “Orpok” meyvə-tərəvəz kompleksi yaxınlığındakı kafedə baş verib. Naməlum şəxs kafenin pəncərəsindən azərbaycanlıya bir neçə dəfə odlu silahdan atəş açaraq hadisə yerini tərk edib. Başından və sinəsindən güllə yarası alan Telman Məmmədov dərhal xəstəxanaya çatdırılsa da, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Əslən Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan Telman Məmmədov uzun illər yaşadığı Vladivostokda kommersiya fəaliyyəti ilə məşğul idi. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.  

Vüqar İsmayılov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı