Modern.az

Paşinyanın açıqlamaları tamamilə anlaşılmazdır - Zaxarova

Paşinyanın açıqlamaları tamamilə anlaşılmazdır - Zaxarova

Aktual

2 Avqust 2023, 13:48

Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. İndi Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib.

 

"Sülhməramlıların mühüm funksiyaları yerinə yetirdiyi hamıya məlumdur. Doğrudanmı, bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər? N.Paşinyanın açıqlamaları tamamilə anlaşılmazdır", - deyə o bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?