Milli Şura sədri: “Təklif edirəm ki, hər ehtimala qarşı bir neçə tanınmış, hörmətli şəxsin namizədliyi irəli sürülsün...”
Avqustun 11-də Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a müsahibə verib. Müsahibədə o, indiyədək açıqlamadığı bəzi mətləblərə də toxunub, kritik açıqlamalar verib. Həmin müsahibədən bəzi anonsları təqdim edirik.
Mən bizim siyasi partiyaların liderlərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək?
Putinin Azərbaycana gəlişi mənim Kremllə Bakı arasında əslində problem olmadığı barədə dediklərimi təsdiqləyəcək. Məlum olur ki, “Putin Azərbaycanda hakimiyyəti devirmək istəyir” kimi bəyanatlar hakimiyyət tərəfindən həyata keçirilən təbliğatdır. Kreml rəhbəri seçkiqabağı Azərbaycan gəlirsə, deməli, bunların münasibəti yaxşıdır. Rusiyaya doğrudan da təyyarələrlə pullar gedir.
Mənim ikili vətəndaşlığım yoxdur... Mənim ikinci vətəndaşlığım var.
- Mənə deyirlər ki, gəl Bakıya. Mən də deyirəm ki, bəs, bu problemləri kim həll edəcək. Orada səhərdən axşama qədər istintaq gedir. Mənim işçilərimi bir-bir istintaqa çağırırlar. İşin mahiyyətini bilməyən adamlar elə deyirlər ki, Rüstəm müəllim Bakıya gəlsin.
- “Yeni Müsavat” qəzeti vasitəsilə bəyan edirəm ki, mənim də bir neçə namizədim var. .... Yaranmış problemlərin çoxunu ancaq mən həll edə bilərəm. Həll eləmək üçün də mən azadlıqda olmalıyam. Həll eləmək üçün də bu dəqiqə Azərbaycanda olmalı deyiləm. Bu gün xaricdə qalmağım çox şeyləri həll edir. O cümlədən vəsait problemini.
Modern.az