Modern.az

Astarada çay daşdı - Sel suları həyətlərə doldu - VİDEO

Astarada çay daşdı - Sel suları həyətlərə doldu - VİDEO

Aktual

18 Sentyabr 2023, 10:42

Astarada Pensərçay çayı daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

 

Modern.az xəbər verir ki, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

 

Əldə etdiyimiz məlumata görə, bir neçə kənddə körpüləri sel aparıb, gediş - gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

 

Hazırda bölgədə intensiv yağış davam edir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı