Modern.az

Milli Müdafiə Universitetində Bolqarıstanla təcrübə mübadiləsi müzakirə edildi

Milli Müdafiə Universitetində Bolqarıstanla təcrübə mübadiləsi müzakirə edildi

Aktual

18 Sentyabr 2023, 17:40

Avropa Birliyinin ERASMUS proqramı çərçivəsində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının nümayəndələri ölkəmizə səfər edib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda bolqarıstanlı nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə Hərbi İdarəetmə İnstitutunun xarici dil müəllim heyətinin tədrisi, qiymətləndirilmə, STANAG testlərinin tərtibatı və tədris proqramlarının hazırlanması istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

 

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti tərəfindən nümunəvi dərslərin keçirilməsi də nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı