Modern.az

Bakıda “İnternational Agro Business Agro Forum” keçirilib

Bakıda “İnternational Agro Business Agro Forum” keçirilib

Aktual

5 Mart 2023, 11:39

1 mart 2023-cü il tarixində Bakıda Baku Marriott Hoteldə “İnternational Agro Business Agro Forum” keçirilib.

 

Modern.az xəbər verir ki, 28 fevral 2023-cü il tarixində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə "İnternational Agro Business Forum-2023" forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.

 

Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılmasıdır.

 

Azərbaycanın və eləcə də dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin, dövlət qurumlarından olan nümayəndələrin iştirakı ilə təşkil olunan 5 müxtəlif paneldə sektorun gündəmi müzakirə edilib, iştirakçıları maraqlandıran suallara cavablar verilib. Qeyd edək ki, Forumun sərgi hissəsində aqrar sahədə fəaliyyət göstərən 45-dən artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdiriblər. Tədbir zamanı intensiv B2B və B2C görüşlər də keçirilib.

 

“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İB-nin sədri Mirata Ağayev forum-sərgisində müzakirələrdə iştirak edibdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı