Modern.az

Ağstafada “Rusiya-Azərbaycan Tarla Günü” tədbiri keçirilib

Ağstafada “Rusiya-Azərbaycan Tarla Günü” tədbiri keçirilib

Aktual

5 Mart 2023, 16:44

“Rusiya-Azərbaycan Tarla Günü” “Rosspetsmash” Assosiasiyasının fəal dəstəyi ilə Rusiya  Federasiyasının Sənaye və Ticarət Nazirliyi tərəfindən və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “AqroİnnoFest” festivalı ilə birgə təşkil olunubdur. Sərginin operatoru “EXPOCENTRE” SC-dir.

 

Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırması müəssisələri ikinci dəfədir ki, ən yaxşı texnika və avadanlıqlarını Azərbaycan fermerlərinə göstərmək və sınaqdan keçirmək imkanı yaratmaq məqsədilə Ağstafa rayonunda bir araya gəliblər.

 

Rusiyanın ixtisaslaşdırılmış texnika sərgisi 800 kv. m-dən çox ərazini əhatə edib. Sərgidə azərbaycanlı fermerlər, kənd təsərrüfatı holdinqləri, kənd təsərrüfatı texnikası üzrə dilerlər, vətəndaş cəmiyyətinin üzvləri o cümlədən “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

 

“Rusiya-Azərbaycan Tarla Günü” sərgisi Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün mühüm hadisədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı