Modern.az

Məleykə Abbaszadə işçi axtarır

Məleykə Abbaszadə işçi axtarır

Aktual

16 Sentyabr 2013, 10:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test tapşırıqlarının hazırlanması işinə müqavilə ilə mütəxəssis qəbulu elan edib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, mütəxəssis (müqaviləçinin) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında TQDK tərəfindən istifadə ediləcək Test Bankı üçün test tapşırıqlarının hazırlanması prosesində müxtəlif ixtisas istiqamətləri üzrə aşağıdakı vəzifələrdən bir və ya bir neçəsini yerinə yetirəcək: 

- Test tapşırıqlarını hazırlamaq;
- TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının ekspertizasını həyata keçirmək;
- TQDK tərəfindən təqdim edilən test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və ya əksinə tərcümə etmək;
- TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək.

Müqaviləçi üçün qoyulan tələblər: 

- Magistr və ya daha yüksək elmi dərəcəyə (mütəxəssis olduğu sahə üzrə) malik olmaq;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək (test tərcüməçiləri üçün);
- Mircrosoft Office proqramlarında işləmək bacarığı;
- Test tapşırıqlarının məxfiliyinin qorunmasına təminat vermək;
- Komandada işləmək, tənqidi düşünmə bacarığına sahib olmaq;
- İşə böyük həvəs göstərmək.

Müraciət edənlərin test tapşırıqlarının hazırlanması sahəsində təcrübəsinin olması arzu olunandır. Namizədlər üçün test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. 

İş qrafiki: 
- Bazar ertəsi – Cümə: 9:00-18:00 (razılaşdırılmış qrafik üzrə ən azı 3 iş günü olmaqla həftədə 12 saatdan az olmayaraq); 
- Şənbə: 10:00-14:00 (ehtiyac olduqda). 

Vəzifə, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. 

Maraqlanan şəxslər öz CV-lərini 2013-cü il oktyabr ayının 13-dək [email protected], cc: [email protected] elektron ünvanlarına mövzu hissəsində “Elan” qeyd edərək göndərməlidirlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı